RU

COP29-da Azərbaycanı "təmsil edən" kitablar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasını (COP29) ölkəmizi tanıtmaq baxımından da önəmli tədbir hesab etmək olar.
Xatırlatma olaraq qeyd edək ki, COP29 tədbirlərinin keçirildiyi ərazi Mavi və Yaşıl Zona adlandırılan iki əsas hissəyə bölünüb.
Əgər Mavi Zonada, əsasən, rəsmi tədbirlər baş tutursa, Yaşıl Zona daha çox özəl sektorun, media işçilərinin, xarici ölkələrdən gələn gənclərin, yerli icmaların, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gələrək ünsiyyət qurduğu məkandır.
Oxu.Az bildirir ki, bunu nəzərə alan yerli təşkilatçılar Yaşıl Zonada yerləşən konfrans otaqlarının rəflərini ölkəmizin təqdimatına həsr edilən müxtəlif kitablarla təchiz ediblər.
Hər bir kitabda ölkəmizin tarixi, ədəbiyyatı, çoxəsrlik sənət nümunələri, mətbəxi mükəmməl şəkildə əks olunub.
Oxu.Az-ın hazırladığı qısa videoçarx konfrans otaqlarından birində yaradılan şəraiti əks etdirir:
Şəhriyar Səmədov
Video: Cavid Mehdiyev
Избранный
11
oxu.az

1Источники