RU

Beyinlərə yerləşdiriləcək çip bu ölkədə sınaqdan keçiriləcək

İlon Maskın “beyin çipi” təşəbbüsü “Neuralink” iflic olan insanların rəqəmsal cihazlardan sadəcə düşünərək istifadə etmələrini təmin edəcək bir çipin Kanadada ilk klinik sınaqlarına başlamaq üçün icazə aldığını açıqlayıb. Təcrübələr cihazın təhlükəsizliyini və əsas funksionallığını yoxlamaq üçün nəzərdə tutulub.

News24.az xəbər verir ki, “Neuralink” çipləri tamamilə iflic olan insanlara düşüncə gücü ilə elektron cihazları idarə etməyə imkan verəcək. Çiplərin beyinə implantasiya olunacağı yer kimi Torontodakı Universitet xəstəxanası seçilib.

Maskın beyin çipləri artıq ABŞ-da tam iflic olan iki xəstənin beyninə yerləşdirilib. “Neuralink” şirkəti çipin yerləşdirildiyi xəstələrdən birinin kompüter oynadığını və “Neuralink” vasitəsilə 3D dizaynlar hazırladığını bildirib.

“Neuralink” 2016-cı ildə Mask və bir qrup mühəndis tərəfindən təsis edilib. Şirkət əlillərin hərəkətliliyini və ünsiyyət bacarıqlarını bərpa etmək, eləcə də görmə qabiliyyətini bərpa etmək məqsədi daşıyan “beyin çipləri” istehsal edir.

Sentyabr ayında “Neuralink” görmə qabiliyyətini bərpa etməyə yönəlmiş eksperimental cihazın sınaqdan keçirilməsi üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə alıb. Bildirilib ki, cihaz “öz sahəsində bir irəliləyişdir”.

Aynurə

Избранный
15
news24.az

1Источники