RU

Parlamentdə yeni köməkçilər TƏYİN EDİLDİ

Milli Məclisin sədrinin müavinlərinə yeni köməkçilər təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, 3-cü dərəcə dövlət müşaviri Kəmalə Əzimova vitse-spikerin köməkçisi vəzifəsinə gətirilib.

1979-cu il təvəllüdlü dövlət qulluqçusu ixtisasca hüquqşünasdır. O, Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Kəmalə Əzimova bundan əvvəl İqtisadi və sosial qanunvericilik şöbəsini Humanitar məsələlər sektorunun müdiri vəzifəsində çalışıb.

Kənan Axundov da sədr müavinin köməkçisi təyin olunub. 1989-cu il təvəllüdlü dövlət qulluqçusu daha əvvəl Milli Məclisin Dövlət qulluğu kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektorunun müdiri vəzifəsində işləyib. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə sahib olan Kənan Axundov beynəlxalq münasibətlər üzrə mütəxəssisdir.

Parlament sədrinin köməkçisi vəzifəsində çalışan Emin Abdulov isə bu vəzifədən azad olunub.

Qeyd edək ki, Milli Məclisin sədr müavinləri Əli Əhmədov, Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynovdur. 

Təyinatlar barədə xəbəri bundan əvvəl "qaynarinfo" saytı yayıb.

Fotoda: Kənan Axundov və Kəmalə Əzimova

Избранный
25
bakivaxti.az

1Источники