RU

Beynəlxalq məhkəmə onun da həbsinə qərar verdi

Beynəlxalq Cinayət Məhkəməsi HƏMAS-ın hərbi komandiri Məhəmməd əl-Deyfin həbsinə order verib.

 

Modern.az bu barədə məhkəmənin saytına istinadən xəbər verir.

 

O, 7 oktyabr 2023-cü ildən İsrail və Qəzza zolağında törədilən cinayətlərə görə mühakimə edilib.

 

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri iyul ayında öldüyünü bildirib, HƏMAS bu məlumatı hələ təsdiqləməyib.

 

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi İsrail baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barədə oxşar qərar çıxarıb.

Избранный
6
47
modern.az

10Источники