RU

"Qalatasaray"a təklif edildi, Okan Buruk "yox" dedi

"Qalatasaray" qış transfer dönəmində heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır. Metbuat.az xəbər verir ki, İngiltərə Premyer Liqasında "Vest Hem Yunayted"də çıxış edən 34 yaşlı yamaykalı Mixail Antonionun adı gündəmə gəlib."Takvim"də yer alan məlumatına görə, menecerləri Antonionu "sarı-qırmızılı"lara təklif edib. "West Ham United" ilə müqaviləsi mövsüm sonunda bitəcək təcrübəli hücumçunun cari mövsümdə çıxışları zəif olub. 12 oyunda cəmi 1 qol və 1 məhsuldar ötürmə ilə diqqət çəkib.

Lakin "Qalatasaray"ın baş məşqçisi Okan Burukun bu transferə müsbət baxmadığı qeyd edilir. Təcrübəli çalışdırıcı, görünür, daha effektiv hücumçu axtarışını davam etdirmək niyyətindədir.

Избранный
3
metbuat.az

1Источники