RU

"Qalatasaray"dan Bakıda 10 milyon avroluq transfer danışıqları

"Qalatasaray" Braziliyanın "Fluminense" klubunda çıxış edən Con Ariası transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi yayda heyətinə qata bilmədiyi kolumbiyalı vinger üçün yenidən hərəkətə keçib. Bu barədə "Milliyet" nəşri məlumat yayıb.

Bakıda keçirilən COP29 samnitində iştirak edən "Qalatasaray"ın İdarə Heyətinin üzvü İbrahim Hatipoğlu tədbirə qatılan "Fluminense" rəsmiləri ilə transferi yenidən müzakirə edib. "Sarı-qırmızılar"ın rəsmisi Braziliya klubuna 10 milyon avro tələb edib.

Yayda "Qalatasaray"dan 18 milyon avro tələb edən "Fluminense"nin bu məbləği aşağı salacağı gözlənilir.

Qeyd edək ki, "Fluminense" Con Ariası 2021-ci ilin yayında "İndependyente Santa Fe"dən (Kolumbiya) transfer edib. Kolumbiya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 190 rəsmi matçda 42 qol və 42 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
15
sportal.az

1Источники