RU

Lamin Yamal UNICEF-in səfiri oldu

“Barselona”nın 17 yaşlı ispaniyalı yeniyetmə sağ cinah hücumçusu Lamin Yamal UNICEF-in səfiri təyin edilib.

Arena.az bu barədə UNICEF mətbuat xidmətinə istinadən məlumat verir.

Beləliklə, Yamal ödənişsiz əsasda UNICEF-in səfiri olaraq fəaliyyət göstərəcək.

Maraqlıdır ki, 2007-ci ildə “Barselona” birinci komanda oyunçularının fotoşəkilləri ilə həmrəylik təqvimini nəşr edib. Satışların 50%-i təşkilatın az inkişaf etmiş ölkələrdə uşaq hüquqlarının təşviqi və onlara daha yaxşı imkanların yaradılması məqsədilə həyata keçirdiyi layihələr üçün UNICEF-ə gedib.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 67 oyun, 13 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Избранный
46
2
arena.az

3Источники