RU

AİB COP29-da davamlı inkişaf və maliyyə hesabatlarının inteqrasiyasının vacibliyini vurğulayıb

Davamlı inkişaf sahəsində hesabatlıq maliyyə hesabatlığı ilə inteqrasiya edilməlidir.

Olaylar.az xəbər verir ki, bunu Avropa İnvestisiya Bankının (AİB) iqlim dəyişikliyi üzrə baş eksperti Nensi Sayç COP29 çərçivəsində "İqlim dəyişikliyi ilə mübarizə üçün maliyyələşdirmə tədbirlərinin formalaşdırılmasında müstəqil qiymətləndirmənin rolu" barədə keçirilən panel müzakirəsində bildirib.

O qeyd edib ki, davamlı inkişaf auditləri AİB-in iqlim maliyyələşdirilməsi proseslərinin təkmilləşdirilməsində mühüm rol oynayıb.

"Biz iqlim dəyişikliyi ilə mübarizə tədbirləri haqqında hesabatlarla başladıq, lakin indi ekoloji davamlılıq, yəni iqlim dəyişikliyi ilə mübarizə və ekoloji davamlılıq tədbirləri ilə məşğul oluruq", - deyə o bildirib.

N.Sayç əlavə edib ki, AİB və ya Avropa Hesablama Palatasının auditorları tərəfindən həyata keçirilən bu yoxlamalar yalnız maliyyə axınlarına deyil, həm də layihələrin təsirinə yönəlib.

"Hər iki audit maliyyə, metodologiyalar, nəticələr və təsirlər üzrə məlumatları araşdırır", - deyə o əlavə edib.

N.Sayç qeyd edib ki, AİB tərəfindən həyata keçirilən davamlı inkişaf auditi təkmilləşdirilməli olan sahələri müəyyən edib.

"Biz anladıq ki, qərarlarımızı necə verdiyimizi daha diqqətlə sənədləşdirməliyik", - deyə o vurğulayıb.

Bu, iqlim maliyyələşdirilməsi hesablamalarının dəqiq sənədləşdirilməsini təmin etmək üçün xüsusi bir əlavənin tətbiqinə səbəb olub. Bu yanaşma şəffaflıq yaradır və uyğunsuzluqların qarşısını almağa kömək edir.

Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AİİB) tərəfindən təşkil edilən sessiya maliyyə dəstəyinin sosial-iqtisadi ehtiyaclarla tarazlaşdırılması, təsirlərin azaldılması potensialı, iqlim maliyyələşdirilməsi üzrə hesabatlılıqda şəffaflıq və sübutlarla bağlı mövcud boşluqlar kimi məsələlərə həsr olunub.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
1
olaylar.az

2Источники