RU

Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz - Elmar Məmmədyarovdan MÜHÜM AÇIQLAMA

"Əgər ermənilərin özlərini öldürmək kimi bir düşünəcələri yoxdursa, onda Azərbaycana qarşı hər hansı bir hücuma keçməyəcəklər".

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Sabiq nazir qeyd edib ki, son zamanlarda müəyyən irəliləyişlər olsa da sülh danışıqları uzun müddətdir ki, nəticəsiz qalıb: "Ermənistan Konstitusiyanı dəyişməsə, Azərbaycan saziş imzalamayacaq. Sülh müqaviləsi layihəsini bir müddətlik dayandırmaq və Ermənistanın Konstitusiyanı dəyişdirməsini gözləmək lazımdır. Konstitusiyanı dəyişdirməmiş niyə sülh imzalamalıyıq ki? Bu gün Paşinyan hakimiyyətdədir, sabah başqası gələcək, bəlkə də onun yerinə revanşistlər  gələcək. Onlar deyəcəklər  ki, sülh sazişi Konstitusiyaya  uyğun deyil. Onda nə olacaq? Hər şey başa qayıdacaq.  Düşünürəm ki, Ermənistan Konstitusiyanı dəyişdirməmiş sülh imzalanması yaxşı deyil. İnanıram ki, bu baş verə bilər. Biz Ermənistana dəyişikliyi etmək üçün təzyiq etməliyik".

Fatima Zeynal,

Sitat.info

Избранный
16
1
sitat.info

2Источники