RU

Rafinya "Barselona"nın əfsanələrindən ibarət "11-lik" qurdu

"Barselona"nın vingeri Rafinya Dias klubun əfsanəvi oyunçularından ibarət rəmzi komanda yaradıb. 

Fanat.Az "Euro-football"-a istinadən xəbər verir ki, braziliyalı oyunçu qapıya Viktor Valdesi "qoyub". 

Müdafiəçi xətti Jordi Alba, Jerar Pike və Karles Puyoldan təşkil olunub. Yarımmüdafiədədə Serxio Busqets, Xavi, Andres İnyesta və Ronaldinyo yer verilib. Rafinyanın hücum "üçlüy"ü isə Neymar, Luis Suares və Lionel Messidən ibarət olub. 

Xatırladaq ki, Rafinya 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Bu mövsüm o, 17 matçda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.

Mirağa

Избранный
7
fanat.az

1Источники