RU

Urmiyədə vətəndaşlar İran rejiminin terroru dəstəkləyən siyasətlərinə etiraz ediblər

Image

Batı Azərbaycan əyalətinin mərkəzi Urmiyədə vətəndaşlar İran rejiminin terroru dəstəkləyən siyasətlərinə etiraz ediblər. Urmiyə Şəhər Voleybol Komandasının azarkeşləri, komandanın Tehranın Peykan komandası ilə qarşılaşması zamanı minlərlə azarkeşin iştirakı ilə xalq arasında “Durnalar Yuvası” adlanan Əl-Ğədir stadionunda milli şüarlar səsləndiriblər.

Oyun zamanı stadionda belə şüarlar səslənib:

* «Urmiyə Türkündür, Türkün qalacaq!»

* «Azərbaycan var olsun - istəməyən kor olsun!»

* «Şəhidlər ölməz, Vətən bölünməz!»

* «Türk dilində mədrəsə (məktəb) olmalıdır hər kəsə!»

Vətəndaşlar eləcə də özü Azərbaycan Türkü və Urmiyəli olan prezident Pezeşkiyana şüarlarla müraciət edərək, bir daha Batı Azərbaycana terror tərəfdarı vali təyin edilməməsini tələb ediblər. Onlar Qərbi Azərbaycanın valisinin seçilmə prosesinə etiraz olaraq şüarlar səsləndirərək Pezeşkiyanı bu bölgə üçün yerli vali seçməyə çağırıblar. Qeyd etmək lazımdır ki, tarix boyu Azərbaycan Türklərinin yaşadığı Qərbi Azərbaycan torpaqları və Azərbaycan Türkləri tərəfindən idarə olunan bu ərazilərə İran rejimi son üç dövrdə terror tərəfdarı kürd valilər təyin edir.

İranda Fars millətçilərinin hakimiyyəti ələ almasından sonra İran rejimi həmişə Qərbi Azərbaycanda Türkiyə ilə Güney Azərbaycan arasında tampon zona yaratmaq siyasətini davam etdirmişdir. Lakin bu siyasət xüsusilə İkinci Qarabağ zəfərindən sonra gözlə görünəcək dərəcədə sürətlənmişdir.







Избранный
46
1
baki-xeber.com

2Источники