RU

Suriyada dünyanın ən qədim əlifbası tapıldı – FOTO

Suriyada dünyanın ən qədim əlifbası olduğu bildirilən yazı nümunələri aşkarlanıb.

Yenicag.az “Independent”ə istinadən xəbər verir ki, ABŞ-nin Con Hopkins Universitetindən olan tədqiqatçılar sözügedən yazı nümunələrini Umm əl-Marra anitik şəhərində apardıqları qazıntı nəticəsində tapıblar.

Araşdırmaçıların ilkin tədqiqatlarına görə, həmin yazı nümunələrinin tarixi eramızdan əvvəl 2400-cü ilə təsadüf edir. Bu da elmə məlum olan ilk əlifba nümunəsindən 500 il daha qədimdir.

Bu kəşfin elm dünyasında yeniliklərə yol açacağı ön görülür.

Избранный
31
yenicag.az

1Источники