"Real"ın futbolçusu Endrikin gələcəyi ilə bağlı planları bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İspaniya klubu 18 yaşlı braziliyalı hücumçunu icarəyə vermək fikrini nəzərdən keçirmir. Həmçinin Endrikin özü və onun agentləri də indiki zamanlarını və gələcəklərini ancaq "Real"da görürlər.
Qeyd edək ki, Endrik 2024-cü ilin iyulunda 47,5 milyon avroya "Palmeyras"dan "Real"a keçib. Bu mövsüm o, İspaniya təmsilçisinin heyətində 10 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.