RU

Şəkər xəstələrinin DİQQƏTİNƏ! Sizdə bu xəstəlik ola bilər

50 yaşdan əvvəl aşkarlanan 2-ci tip diabet demensiya riskini iki dəfə artırır. Mütəxəssislər bildiriblər ki, şəxsdə 2-ci tip diabet nə qədər gənc yaşda aşkar edilərsə, demensiya (ağıl zəifliyi) inkişaf riski o qədər yüksək olur.

Ölkə.az baku.ws-ə istinadən xəbər verir ki, 2-ci tip diabet tez-tez piylənmə ilə əlaqəli olaraq insulinə həssaslığın pozulması səbəbindən inkişaf edir. Yeni tədqiqatda alimlər 50 yaş və daha yuxarı olan 1213 amerikalı yetkinin məlumatlarını analiz ediblər. Onların hamısında 2-ci tip diabet diaqnozu var idi. Telefon sorğularının nəticələrinə əsasən, 14 illik müşahidə müddətində 216 nəfərdə (17,8%) demans inkişaf edib.

Analiz göstərib ki, diabet gənc yaşda inkişaf edəndə demans riski daha yüksək olur. 50 yaşından əvvəl diabet diaqnozu qoyulmuş şəxslərdə demans inkişaf ehtimalı 70 yaşdan sonra diabet diaqnozu qoyulanlara nisbətən 1,9 dəfə yüksəkdir. Piylənmə bu riski daha da artırırdı.

Избранный
6
3
olke.az

4Источники