RU

Özünü anası kimi göstərən qadın həbs edilib - FOTO

Florida sakini, 44 yaşlı Veronika Torres şəhərin fəlakətlərə yardım proqramına müraciət etmək üçün anasının adından, sürücülük vəsiqəsi və Sosial Müdafiə məlumatlarından istifadə edib.

 

Sfera.az bildirir ki, Florida polisi qadını ictimai yardım üçün saxta ərizə verməkdə ittiham edərək həbs edib. Veronika özünü anası kimi göstərsə də, onun xarici görünüşü sayıq məmurlarda şübhə doğurub.

 

Sentyabrın sonunda Floridanı Helen, oktyabrın əvvəlində isə Milton qasırğası bürüyüb və ştata on milyardlarla dollar maddi ziyan vurub. 

 

Veronika Torres ərizəsində zədələnmiş evdən köçmək məcburiyyətində qaldığını iddia edərək 7967 dollar təzminat tələb edib. İddia təsdiqlənib.

 

Torres çekini götürmək istəyəndə şəhər rəsmisi onun yardım ərizəsində qeyd olunan qadının fotosundan çox daha gənc göründüyünün fərqinə varıb.

 

Veronika Botoksa görə daha gənc göründüyünü iddia etsə də, bələdiyyə işçisi ondan ertəsi gün gəlməsini xahiş edib. Geri qayıdanda isə qadın polis tərəfindən həbs olunub.

 

Torresin ictimai yardım üçün saxta ərizə verməklə, üçüncü dərəcəli cinayətdə ittiham olunduğu bildirilir. 

 

Qeyd edək ki, qasırğalardan sonra Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) Floridalıları şəxsiyyət oğurluğuna qarşı diqqətli olmağa çağıran xəbərdarlıq edib.

 

Qeyd edildiyi kimi, bəzi hallarda təcavüzkarlar təbii fəlakətdən zərər çəkmiş insanların oğurlanmış adlar, ünvanlar və Sosial Müdafiə nömrələrindən istifadə edərək yardım üçün müraciət etməyə çalışırlar.

 

Aysel 

Избранный
15
sfera.az

1Источники