RU

Pakistanda avtomobil karvanına hücum: 40-a yaxın ölən var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pakistanın şimal-qərbində, Hayber-Paxtunxva əyalətinin Kurram rayonunda naməlum şəxslərin konvoya hücumu nəticəsində azı 38 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Geo TV" məlumat yayıb.
Qeyd olunur ki, naməlum şəxslər əyalətin inzibati mərkəzi olan Pişəvərə doğru hərəkət edən avtomobil karvanını bir saat ərzində atəşə tutublar. Ölənlər arasında qadın və uşaq da var. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Prezident Asif Əli Zərdari hücumu qətiyyətlə pisləyib və araşdırma aparılmasına göstəriş verib.
Telekanalın məlumatına görə, bir neçə aydır ki, əyalətdə müxtəlif tayfalar və partiyalar arasında toqquşmalar gedir, nəticədə bəzi yollar, o cümlədən Pakistan və Əfqanıstanı birləşdirən magistrallar bağlanıb.
Избранный
31
50
oxu.az

10Источники