Fransa Liqa 1 klubunda çıxış edən futbolçu "Beşiktaş"ın "radarı"na düşüb.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" "Nitsa"nın oyunçusu Ceremi Boqa ilə yaxından maraqlanır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
27 yaşlı futbolçunun dəyəri 15 milyon avrodur.
Komandası onu satmaq istəmir. Ancaq "qartallar"ın ciddi təklifinin şərtləri dəyişdirəcəyi gözlənilir.
Qeyd edək ki, Boqanın klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.