RU

Müflis olan şirkətin təsisçisi 18 il azadlıqdan məhrum edildi

Nyu-Yorkun Dairə Məhkəməsi 2021-ci ildə müflis olmuş "Archegos Capital Management" investisiya fondunun maliyyə fırıldaqları və qiymətli kağızlar fırıldaqçılığı işi üzrə hökm çıxarıb. 

Valyuta.az xəbər ki, fondun yaradıcısı Bill Hvanq 18 ili azadlıqdan məhrum edilib. 

Daha sonra məhkəmə Bill Hvanqın fırıldaqçılıq əməllərindən zərər çəkənlərə nə qədər təzminat ödəməli olacağına qərar verəcək. Bu barədə "Reuters" xəbər verir.

"Archegos"un təsisçisinə qarşı ittiham bu investisiya fondunun 2021-ci ildə iflası ilə bağlıdır. İstintaq bildirib ki, iflas səhm qiymətləri ilə manipulyasiya etmək və iri investisiya banklarını və broker firmalarını çaşdırmaq sxeminin bir hissəsidir. Manipulyasiya yolu ilə Bill Hvanq və "Archegos"un maliyyə direktoru Patrik Halligan "Archegos" portfelinin dəyərini 1,5 milyard dollardan 35 milyard dollara qədər artırmağı bacarıb, 2021-ci ilin martında fond defolt olub, bundan sonra bir sıra iri banklar onunla əlaqəli səhmləri satışa çıxarıblar. Bu, Bill Hvanqın fond vasitəsilə səhmlərinə sahib olduğu şirkətlərin qiymətlərinin aşağı düşməsinə səbəb olub.

Qiymətli kağızları satışda iştirak edən şirkətlər - "ViacomCBS", "Discovery", "Baidu", ABŞ və Çindəki digər İT və media şirkətləri kapitallaşmada 33 milyard dollar itiriblər. İri investisiya bankları, o cümlədən tezliklə çökmək ərəfəsində olan "Credit Suisse", "Morgan Stanley" və "Nomura Holdings" 10 milyard dollardan çox itirib.

Bill Hvanq 2022-ci ilin aprelində həbs olunub, ittiham olunduqdan sonra 2024-cü ilin iyulunda məhkəmə onu 11 ittihamdan 10-u üzrə təqsirli bilib. Prokuror "Archegos"un keçmiş rəhbəri üçün 21 il həbs istəyib. Hökmü elan edərkən Manhetten Dairə Məhkəməsinin hakimi Alvin Hellestein deyib: "Hərəkətlərinizlə bağlı itkilərin miqyası baxdığım bütün işlərdən daha böyükdür".

Paşa Məmmədli

Избранный
31
valyuta.az

1Источники