Rusiya hədəflərinə qarşı istifadəsinə icazə verən ölkələrin hədəflərinə qarşı silah tətbiq etmək hüququna malikdir.
Azpost.info bildirir ki, bu barədə prezident Putin xalqa müraciətində bildirib.
Putin çıxışında bunları bəyan edib:
▪️ Noyabrın 19-da 6 ədəd ATACMS raketi, 21 noyabrda isə “Storm Shadow” sistemləri Kursk və Bryansk vilayətlərində hədəfləri vurub.
▪️ Qərbin uzaqmənzilli silahları Rusiya ərazisində istifadə olunur.
▪️ Qərb raketlərinin Rusiya Federasiyasına hücumundan sonra Ukraynada münaqişə qlobal xarakter alıb. Gərginlik halında Rusiya qətiyyətlə və güzgü effekti ilə cavab verəcək.
▪️ Gərginliyə görə məsuliyyət ABŞ-ın üzərinə düşür.
▪️ Bu gün “Oreşnik” raketlərinə qarşı heç bir vasitə yoxdur.