RU

Rusiyanın Ukraynaya qitələrarası raket atdığı bildirilir

Kiyev məlumatı təsdiqləsə də, Kreml susur

Rusiyanın Ukrayna ərazinə qitələrarası ballistik raket (intercontinental ballistic missile, ICBM) atdığı bildirilir.

Ukrayna Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir ki, buraxılış noyabrın 21-də, səhər saatlarında Həştərxan vilayətindən Dnepr çayı istiqamətində həyata keçirilib.

Həştərxan Dnepr şəhərindən 700 km məsafədədir.

"ICBM” minimum 5500 km və daha çox mənzili olan, nüvə başlıq daşıması məqsədilə hazırlanmış ballistik raketlərdir, həm də kimyəvi və bioloji silah təsirləri ilə də təchiz oluna bilər.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya Dneprdə həmçinin "Kinjal” ("Кинжал”) aeroballistik raketi və 7 "Kh-101” qanadlı raketi buraxıb.

Hava hücumundan müdafiə işləri nəticəsində altı ədəd "Kh-101” raketi vurulub.

Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, Rusiyanın raket hücumu mərkəzi-şərqdəki Dnepr şəhərindəki müəssisələri və kritik infrastrukturu hədəfə alıb.

Dnepr vilayət hərbi idarəsinin rəhbəri Sergey Lısakın məlumatına görə, raket zərbəsi zamanı sənaye müəssisəsi, əlillər üçün reabilitasiya mərkəzi, fərdi yaşayış evləri ziyan görüb.

İlkin məlumata görə, iki nəfər xəsarət alıb.

Təhlükəsizlik ekspertləri hesab edirlər ki, rəsmi Moskvanın bu raketlərdən istifadəsinin səbəbi Ukraynanın bir müddət öncə Rusiyaya "ATACMS” raketlərinin atmasıdır.

"Ukrainska Pravda” anonim mənbələrə istinadən bildirib ki, bu raket "RS-26” olub.

Silahlara Nəzarət Assosiasiyasının məlumatına görə, bu, 5800 km mənzilli bərk yanacaqlı qitələrarası ballistik raketdir.

"RS-26” ilk dəfə 2012-ci ildə sınaqdan keçirilib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinə (CSIS) görə uzunluğu 12 metr (40 fut) və çəkisi 36 ton olduğu təxmin edilir.

Bildirilib ki, "RS-26” 800 kq nüvə başlığı daşıya bilir.

Rusiya Müdafiə Nazirliyi məsələyə münasibət bildirməyib.

2024-cü il noyabrın 19-da, gecə saatlarında Ukrayna Müdafiə Qüvvələri ilk dəfə olaraq Rusiya ərazisinə uzaqmənzilli raketlərlə ("ATACMS”) raketlərlə hücum edib.

"Reuters” noyabrın 20-də yazıb ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni Prezidenti Donald Trampla Ukraynadakı münaqişənin həlli ilə bağlı müzakirələrə hazırdır.

Lakin keçmiş Prezident Co Baydenin Ukraynaya ABŞ-nin Rusiyaya "ATACMS” ballistik raketləri atmasına icazə vermək qərarı, istənilən həlli çətinləşdirə, gecikdirə və Moskvanın tələblərini sərtləşdirə bilər.

Rusiya Ukraynaya qarşı 2022-ci il fevralın 24-də müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Yüzlərlə rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunub.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Избранный
10
22
arqument.az

10Источники