RU

Pentaqon ABŞ-ın Rusiya ilə münaqişəyə can atmadığını bildirdi

ABŞ Rusiya ilə münaqişəyə can atmır, lakin Ukraynaya hərbi yardımı davam etdirəcək.

 

Bunu ABŞ müdafiə nazirliyi sözçüsünün müavini Sabrina Sinqx brifinqdə deyib.

 

"Biz Rusiya ilə müharibəyə can atmırıq. Lakin şübhəsiz ki, siz tərəfdaş və müttəfiqlərin Ukraynanı dəstəkləmək üçün bir araya gəldiyini görəcəksiniz. Bu bizim davam etdirmək niyyətində olduğumuz şeydir.", - deyə Pentaqon rəsmisi bildirib.

 

APA

Tarix: 22 Noyabr 2024, 00:53   
Избранный
3
3
pravda.az

4Источники