RU

Bakının ən böyük dairəsi dəyişir -

Bakıda nəqliyyatın hərəkəti üçün ən çətin ərazilərdən biri olan Ukrayna dairəsində təmir işlərinə start verilib.Metbuat.az xəbər verir ki, təmir çərçivəsində dairədə turbo tipli hərəkət sxemi tətbiq ediləcək. Bu yeni yanaşma, mübahisəli nöqtələri azaltmaqla təhlükəsizliyi artıracaq və nəqliyyat vasitələrinin hərəkətini asanlaşdıracaq.

Bundan əlavə, turbo tipli sxem dairənin buraxıcılıq qabiliyyətini artıraraq nəqliyyat sıxlığının azalmasına kömək edəcək. Təmir işlərinin nə vaxt başa çatacağı ilə bağlı hələ ki, rəsmi məlumat verilməyib.

Избранный
35
metbuat.az

1Источники