RU

Rusiya Ukraynaya “Oreşnik” raketini atmamışdan əvvəl ABŞ-ı məlumatlandırıbmış - QƏRİBƏ ƏMƏKDAŞLIQ

Rusiya, yeni orta mənzilli “Oreşnik” raketinin sınağı barədə ABŞ-a əvvəlcədən xəbərdarlıq edibmiş. ABŞ müdafiə nazirliyinin (Pentagon) rəsmisi Sabrina Sink bildirib ki, Rusiya sınaqdan bir qədər əvvəl nüvə riskinin azaldılması kanalları vasitəsilə ABŞ-a məlumat verib.

“Raketin buraxılmasından qısa müddət öncə ABŞ xəbərdar edildi,” – deyə Sabrina Sink jurnalistlərə açıqlama verib.

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, yeni “Oreşnik” raketinin sınağının uğurla başa çatdığını bəyan edib. Kremlin sözçüsü Dmitri Peskov isə Sputnik-ə verdiyi açıqlamada bildirib ki, ABŞ tərəfi test barədə avtomatik xəbərdarlıq alıb. Bu, Rusiya nüvə riskinin azaldılması mərkəzi vasitəsilə həyata keçirilib və testdən 30 dəqiqə əvvəl məlumat ötürülüb.

“Oreşnik” raketinin testi, ABŞ və Rusiya arasındakı gərgin münasibətlər fonunda yeni bir müzakirə mövzusu yaradıb. Analitiklər hesab edir ki, bu addım iki ölkə arasındakı strateji balansın qorunması ilə bağlı mesaj kimi qiymətləndirilə bilər.

Amma əslində isə Ukrayna üzərindən qəribə bir oyunun başlandığının anonsu da sayıla bilər.

Bu hadisə beynəlxalq aləmdə diqqətlə izlənilir və tərəflər arasında hərbi texnologiyalarla bağlı yeni gərginlik dalğası yarana bilər. ABŞ və NATO-nun bu məsələyə hansı cavabı verəcəyi, yaxud da heç bir cavab verməyəcəyi yaxın günlərdə bəlli olacaq.

 

Musavat.com

Избранный
9
musavat.com

1Источники