RU

Viruslar xərçəng də yaradır

Xərçəngi yaradan amillərdən biri də viruslardır. Xarici mətbuatın yazdığına görə, xərçəng xəstəliyi özbaşına yaranmır və hava-damcı yolu ilə də keçmir. Amma bir çox elmi araşdırmalar sübut edib ki, hətta hava-damcı yolu ilə yayılan bir çox viruslar şiş yarada bilir.

Rusiyanın Bloxin adına Onkoloji Mərkəzinin əməkdaşı Vadim Pokrovski xərçəng yaradan viruslardan danışıb. Deyib ki, bunlar ölkədə çox yayılan Epşteyn-Barr, hepatit və papiloma viruslarıdır. Bu viruslar orqanizmdə zaman keçdikcə mutasiyaya uğrayır, hüceyrələri zədələyir və nəticədə, bədxassəli hüceyrələr çevrilişi artırır.

Jurnalistlərə bu barədə açıqlama verən V.Pokrovski deyib: “Yer üzündə əhalinin yarıdan çoxunda Epşteyn-barr virusu var. Bu virus uşaqdan böyüyə hər kəsə müxtəlif yollarla yoluxur. Əsasən, boyun, boğaz, burun, qida borusu və cinsiyyət üzvlərində şiş yarada bilir. Virusu orqanizmdən tam təmizləmək mümkün deyil, bunun üçün dərman da yoxdur. Sadəcə, immuniteti yüksək saxlamaq lazımdır.

HPV-nin (papilomavirus) 16–18 tipi qadınlarda uşaqlıq boynu xərçəngi yaradır. Hepatit B də qara ciyərdə sağlam hüceyrələri dəyişir.

Əgər insanda bu viruslar varsa, o demək deyil ki, mütləq xərçəng olacaq. Daha çox xroniki formalar risk artırır. Buna görə immuniteti daim qorumaq lazımdır”.

Z.HÜSEYNLİ
XQ

Избранный
11
5
xalqqazeti.az

6Источники