RU

KİV: SPD rəsmi olaraq Şoltsu kanslerliyə namizəd kimi irəli sürəcək

Almaniya Sosial Demokrat Partiyasının (SPD) idarə heyəti noyabrın 25-də keçiriləcək iclasında Olaf Şoltsun kanslerliyə namizədliyini rəsmən irəli sürmək niyyətindədir.

“Report”un məlumatına görə, bu barədə “Bild” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Əvvəllər Olaf Şolts parlament seçkilərində yenidən partiyaya rəhbərlik etmək arzusunda olduğunu dəfələrlə bəyan edib.

Almaniyanın müdafiə naziri Boris Pistorius SPD-dən kanslerliyə namizədliyini irəli sürməkdən imtina edib və bununla da hazırkı hökumət başçısının namizədliyinə yol açıb.

Избранный
41
far.az

1Источники