RU

Zalujnın: Üçüncü Dünya Müharibəsi başlayıb

Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı deyib ki, Rusiyanın avtokratik müttəfiqlərinin müharibəyə bilavasitə qoşulmasından sonra, Üçüncü Dünya Müharibəsi başlanmış hesab edilə bilər”.

Bakupost.az xəbər verir ki, Zalujnının spzlərini “Ukrayinska Pravda” yazıb.

“İnanıram ki, 2024-cü ili biz tamamilə Üçüncü Dünya Müharibəsinin başladığını güman edə bilərik.

Çünki 2024-cü ildə artıq Ukrayna ilə qarşılaşan Rusiya deyil. Şimali Koreyadan olan əsgərlər Ukraynanın qarşısında dayanır. Gəlin səmimi olaq. Artıq Ukraynada İranın “Şahid” dronları heç bir tərəddüd etmədən tamamilə açıq şəkildə dinc insanları qətlə yetirirlər.

Şimali Koreya istehsalı olan raketlər artıq Ukraynaya uçur və bunu açıq şəkildə bəyan edirlər. Ukraynada Çin mərmiləri partladılır, Rusiya raketlərində Çin hissələri istifadə olunur”.

Zalujnın sözlərinə görə, əksər hərbi qulluqçular razılaşacaq ki, yuxarıda qeyd olunan faktların hamısı dünya müharibəsinin başlandığını və dünyanın buna hazırlaşmalı olduğunu deməyə əsas verir.

“Uzun müddətdir gözlənilən şey artıq başlayıb. Amma demək istəyirəm ki, Tanrının özü tək Ukraynaya deyil, bütün dünyaya şans verir ki, düzgün nəticə çıxarmağa hələ vaxt var”, - Zalujnı deyib.
Избранный
1
3
bakupost.az

5Источники