RU

Nüvə riskinin sərhədimizə sıçrayan dalğası: İrəvan hücuma keçəcək

Rusiya-Ukrayna müharibəsi və nüvə təhdidinin aktuallaşması fonunda Ermənistanda Azərbaycanla yeni hərbi toqquşma iddiaları müzakirə olunur. Halbuki, COP29 tədbirindən sonra – dekabrda tərəflərin sülh müqaviləsinin mətni üzərində yenidən aktiv şəkildə işləyəcəyinə dair rəsmi açıqlamalar var. Ermənistan mediası isə COP29-dan sonra sərhəd boyu ərazilərdə gərginliyin artacağı iddialarını irəli sürür.

Publika.az xəbər verir ki, diqqətçəkən əsas iddia “Hraparak” nəşri tərəfindən irəli sürülüb.

Nəşr yazır ki, Paşinyan Əliyevin Konstitusiya dəyişikliyi və İstiqlal bəyannaməsindən imtina tələbini yerinə yetirməyi düşünür: “Lakin bunun üçün referendumu indi keçirə bilməz. Əvəzində erkən seçkilər keçirmək və qalib gəldikdən sonra bu məsələni həll etmək niyyətindədir. Lakin seçkinin nə vaxt keçirilməsindən asılı olmayaraq, Paşinyanın “sülh çağırışının” vacibliyini təsdiqləmək üçün təlatümlərin, xüsusilə hərbi toqquşmaların olması vacibdir. Bu halda prosesin məntiqi sonluğu danışıqlar və razılaşma olacaq”.

Nəşrin bu iddiası ictimai rəyi Paşinyan hakimiyyətinin addımlarına qarşı kökləmək olsa da, Ermənistanın sərhəd boyu ərazilərdə yeni təxribatlara əl ata biləcəyinin anonsu da hesab oluna bilər. Bu, baş verənlər – həm Bakı-İrəvan danışıqlarındakı vəziyyət, həm də Qərb-Rusiya qarşıdurması fonunda da mümkün ssenarilərdəndir.

Sərhəddə mümkün təxribatlar və eskalasiyanın yaranması Ermənistan hakimiyyəti üçün Azərbaycanın tələblərinin gündəmdən çıxarılması, yaxud qısamüddətli olsa da, gündəmi məşğul edərək, vaxt qazanmaq baxımından sərfəlidir. Bununla yanaşı, rəsmi İrəvan eskalasiya yaradaraq, sülhün əldə edilməsi üçün razılaşdırılmış bəndlər üzrə sazişin imzalanmasına beynəlxalq dəstək də qazanmağa çalışa bilər. Çünki mümkün hərbi gərginlik “sülhün qısa müddətdə əldə edilməsi” çağırışlarını da gündəmə gətirəcək.

Избранный
11
publika.az

1Источники