RU

"DSX COP29-da qarşıya qoyulan tapşırıqları yerinə yetirib"

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının ölkəmizdə keçirilən 29-cu sessiyası (COP29) beynəlxalq konfransına hazırlıqla əlaqədar zəruri tədbirlər görülüb və qarşıya qoyulan tapşırıqların icrası layiqincə yerinə yetirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Şəmkirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.

O qeyd edib ki, bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı quruda sərhəd mühafizəsini təmin edən və ölkənin strateji maraqlarını qoruyan əsas qurumlardan biridir. 

"Biz əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ciddi inkişaf yolu keçmiş Azərbaycan sərhəd mühafizəsi güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malik olan və  qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadirdir. Məhz bu səbəbdən iqlimindən, coğrafi relyefindən, şəraitindən asılı olmayaraq vətənimizin quru sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyini yüksək səviyyədə təmin olunur".

Mehman Mirzəzadə

Избранный
13
6
operativmm.az

10Источники