RU

İordan çayının qərb sahilində ölənlərin sayı üç dəfə artıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində öldürülən uşaqların sayının üç dəfə artdığını bildirib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.

BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisi (OCHA) və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindən (UNRWA) aldığı məlumatlara istinad edən Düjarrik qeyd edib ki, hər həftə orta hesabla 4 uşaq öldürülür. 

Dujarrik 2023-cü ilin ilk 9 ayı ilə müqayisədə 7 oktyabr 2023-cü ildən sonra orta göstəricinin 3 dəfə artdığını bildirib.

Əli Hüseynov

Избранный
20
bakivaxti.az

1Источники