RU

“Qarabağ”ın rəqbi uduzdu – 90+8-ci dəqiqədə buraxdığı qolla

“Qarabağ” Avropa Liqasındakı rəqibi FCSB Rumıniya çempionatında 4-cü turdan təxirə salınmış oyununa çıxıb. Buxarest təmsilçisi səfərdə “Botoşani” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Meydan sahibləri 90+8-ci dəqiqədə qələbə topunu vurublar.

FCSB hazırda 16 turdan sonra 24 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, FCSB  “Qarabağ”la Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda, gələn il yanvarın 23-də Bakıda qarşılaşacaq.

Избранный
12
2
futbolinfo.az

3Источники