RU

25 noyabr - Kəlbəcər şəhəri günüdür

"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Rayon 08.08.1930-cu ildə təşkil edilmişdir. Rayon Tərtər çayının hövzəsində yerləşir, qərbdən Ermənistan Respubilkası ilə həmsərhəddir. Sahəsi 3054 km   Rayon 02 aprel 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdir. Relyefi dağlıqdır. Burada Murovdağ (böyük Hinaldad d. 3367 m), Şərqi Göyçə, Mıxtökən, Qarabağ silsilələrinin və Qarabağ yaylasının bir hissəsi yerləşir Tərtər ölkənin ən böyük çaylarınından biridir. Rayonun tarixi və memalıq abidələrinə İstisu ətrafında Tunc dövrünə aid yaşayış yeri mühüm tarixi abidələrdir.

Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 

İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. 

İşğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsi qəbul edilmiş, lakin bu qətnamə kağız üzərində qalmışdır.

BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.

Vətən müharibəsində qazanılmış tarixi Zəfər qələbəsindən sonra 2020-ci il noyabr ayının 10-da imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu heç bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 26 noyabr tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmiş və  Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub. 

Artıq ikinci ildir ki, xalqımız böyük fəxarət və ruh yüksəkliyi ilə Kəlbəcər Şəhəri Gününü qeyd edir.

Həmidə Ələfsərova 

Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı, Nizami rayon fəalı

Избранный
16
missiya.az

1Источники