RU

Amerikada otel binası Yeni il gecəsi partladılacaq – VİDEO

ABŞ-ın Corciya ştatının Meykon şəhərində 16 mərtəbəli “Ramada Plaza” adlı otelin boş binası 2025-ci il yanvarın 1-nə keçən gecə partladılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “WMAZ” telekanalı məlumat yayıb. 

Bildirilib ki, yerli hakimiyyət orqanları bayram təşkil etmək üçün “tərk edilmiş əmlakı” xüsusi olaraq alıblar. 

Belə ki, 2023-cü ildə Meykon şəhəri otel binasını almaq üçün 4,5 milyon dollar xərcləyib. Şəhər Komissiyası söküntü planını təsdiqlədikdən sonra yerli məmurlar bunun üçün söküntü işi ilə məşğul olan şirkətə 2,6 milyon dollar ödəyiblər. 

"Biz bu mülkü partlatmaq üçün aldıq" – deyə şəhərin meri Lester Miller bildirib. 
 

Şəhər merinin dediyinə görə, otel binasını artıq təmir etmək mümkün deyil, sadəcə sökülməlidir. 


Qeyd edək ki, “Ramada Plaza” oteli 1970-ci ildə şəhərin kənarında açılıb. Bina məşhur “Miami Beach” otellərinin memarı Morris Lapidus tərəfindən layihələndirilib. Orada məşhur amerikalı müğənni və aktyor Elvis Presli də qalıb. Buna baxmayaraq sahibləri heç vaxt maliyyə uğuru əldə edə bilməyiblər. 


Bizim.Media

Избранный
8
bizim.media

1Источники