Pxenyan və Vaşinqton arasında qarşıdurma heç vaxt dağıdıcı termonüvə müharibəsinə bu qədər yaxın olmayıb.
Azpost.info xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In Pxenyanda silah sərgisinin açılışında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Koreya yarımadasında münaqişə tərəfləri heç vaxt bu qədər təhlükəli və kəskin qarşıdurmada olmayıblar ki, bu, hər an ən dağıdıcı termonüvə müharibəsinə çevrilə bilərlər.
Kİm Çen In həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar dünyada nüfuzunu saxlamaq və gücləndirmək üçün onun dominant siyasətinə problem yaradan KXDR-in yüksəlişini cilovlamağa çalışır: “Onlar ümumi nüvə silahlarına malik hərbi ittifaqlar sistemini genişləndirirlər, nəhəng strateji zərbə silahları və KXDR ətrafında müttəfiq qüvvələri yerləşdirirlər”.
Azpost.info