RU

Divara yapışdırılan banan 6.2 milyon dollara satılıb

  İtalyan rəssam Mauritsio Kattelanın "Divara yapışdırılmış banan" adlı əsəri 2019-cu ildə 120 min dollara satılıb. Yapışqanlı bantla divara bərkidilmiş adi bananın minlərlə dollara satılması sosial mediada böyük səs-küyə səbəb olub və onu “sənət əsəri” adlandırması geniş müzakirələrə səbəb olub. “Sherg.az”“NTV.com.tr”yə istinadən xəbər verir ki, "Sothebys" hərrac evi əsərin üç nüsxəsindən birini yenidən satışa çıxarıb. Əsərin 1-1,5 milyon dollara alıcı tapacağı gözlənilirdi. Hərracda gümüş lentlə divara yapışdırılmış adi banan 6,2 milyon dollara satılıb. Kriptovalyuta sahibkarı Castin Sun, 2019-cu ildə viral olan əsərin üç nəşrindən birini satın alıb və onu "mədəni fenomen" adlandırıb. Kriptovalyuta təkliflərinin qəbul edildiyi rəqabətli və sürətli hərracda təkliflər 800.000 dollardan başlayıb. Telefon və onlayn təkliflərin sürətlə artması ilə işin satış qiyməti təxminləri aşıb. Bananı alan Castin Sun banan və bir rulon yapışqan lenti, həmçinin orijinallıq sertifikatı da alacaq. C.Suna əsərin necə qorunacağı dair  təlimat veriləcək və istəsə bananı necə dəyişə biləcəyi də izah ediləcək. C.Sun hərracda verdiyi açıqlamada, "bu, sadəcə bir sənət əsəri deyil, mədəni bir fenomeni təmsil edir. İnanıram ki, bu əsər gələcəkdə daha çox düşüncə və müzakirələrə ilham verəcək və tarixin bir parçası olacaq". Sun, "həm sənət tarixində, həm də populyar mədəniyyətdəki yerini şərəfləndirmək" üçün banan yeməyi planlaşdırdığını söyləyib. 2021-ci ildə "Art Newspaper"ə verdiyi müsahibədə rəssam Cattelan bunun "zarafat olmadığını" söylədi və viral işi "qiymətləndirdiyimiz şeylərin əksi" adlandırıb.  Rəssam Cattelan və fransız incəsənət qalereyası Perrotin 5 il əvvəl "Art Basel Miami Beach" sərgisində "Komediyaçı" əsərini nümayiş etdirərək dünya miqyasında trend olub. Əsər Mayami ərzaq mağazasında alınmış banandan istifadə edilməklə yaradılıb, lakin qalereya onun rəssamın göstərişi əsasında dəyişdirilə biləcəyini bildirib. Sənət dünyası əsərin dəyərinə görə ikiyə bölünüb, lakin bəzi tənqidçilər bu sənət anlayışının sənətin dəyərini şübhə altına alan konseptual əsərlərə əsaslandığını iddia edir. Bananın sərgiləndiyi qalereyada böyük  izdiham yaranıb və hamı “Məzhəkə” adlı əsəri görmək üçün növbəyə düzülüb. Corciyada doğulan və ABŞ-də yaşayan ifaçı David Datuna əsəri divardan qopararaq yeyib. Hadisə zamanı “Sənət ifası... Ac rəssam...” deyən Datuna qarşı heç bir şikayət olmasa da, əsər sərgiləndiyi yerdən çıxarılıb. Nyu-Yorka dönərkən mövzu ilə bağlı mətbuat konfransı keçirən Datuna, "Bu, vandalizm deyil. Performans sənəti idi. Qəti peşman deyiləm", deyib. Əsəri yeməzdən əvvəl ac qalmaq üçün 2 saat gözlədiyini ifadə edən Datuna, "Bu, banan deyil. Bu bir anlayışdır. Mən yalnız rəssamın konseptini yedim. Düşünürəm ki, tarixdə ilk dəfə bir sənətçi bu şəkildə yemək yeyir”, söyləyib

Избранный
23
sherg.az

1Источники