"Barselona"nın vingeri Lamin Yamal Kataloniya klubu ilə yeni müqavilə imzalayacaq.
QOL.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Yamalın sözləşməsi futbolçunun 18 yaşı tamam olanda 6 il müddətinə uzadılacaq. Artıq tərəflər müqavilənin şərtləri ilə bağlı razılaşıblar. Sözləşmədə Yamal üçün təzminatın məbləği 1 milyard avro olacaq.
Qeyd edək ki, bu mövsüm 17 yaşlı Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 16 oyun keçirib, 6 qol vurub və 8 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.