RU

Azərbaycan Xorvatiyaya neft ixracını 71%-dən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında Xorvatiyaya 842 milyon 638 min dollar dəyərində 1 milyon 375 min ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 367 milyon 186 min dollar və ya 77,2% artıb.

Xorvatiyaya neft ixracının həcmi isə ötən ilin yanvar-oktyabr aylarına nisbətdə 71,4% artıb. 

Hesabat dövründə Xorvatiya Azərbaycanın üçüncü ən böyük neft idxalçısı olub. İlk 10 ayda iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 847,2 milyon dollara bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
46
banco.az

1Источники