RU

Beynəlxalq Cinayət Məhkəməsinin qərarını kimlər dəstəkləyir?

Bir sıra ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə dair order verilməsinə reaksiya verib.

KONKRET.az  “Reuters” agentliyinə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu da  özünün “X” sosial platformasında BCM-nin bu qərarını pisləyib: “Bu gün bəşər tarixində qara gündür, insanlığı qorumaq üçün yaradılmış Haaqa beynəlxalq məhkəməsi bu gün bəşəriyyətin düşməninə çevrilib. Bu,  antisemit hərəkətdir. Məni dayandırmaq, bizi məhv etməyə çalışan düşmənlərdən özümüzü müdafiə etmək üçün təbii haqqımızdan məhrum etmək istəyirlər”.

İsrailin keçmiş müdafiə naziri Yoav Qalant, prezident İsaak Hersoq, İsrailin xarici işlər naziri Gideon Saar, İsrailin təhlükəsizlik naziri İtamar Ben Qvir də BCM-nin qərarını pisləyiblər.

Fələstin  Administrasiyası qərarı alqışlayıb və məhkəmə üzvlərini onu həyata keçirməyə çağırıb.

Ağ Ev BCM-nin qərarını rədd edib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisinin sözlərinə görə, ABŞ prokurorun həbs qərarı verməkdə tələsməsindən və bu qərara səbəb olan prosesdəki i səhvlərdən narahatdır.

Kanadanın baş naziri Castin Trüdo bəyan edib ki, hər kəs beynəlxalq hüquqa riayət etməlidir. Niderland, İsveçrə, İrlandiya, İtaliya və İspaniya Roma Statusu və beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirəcəklərini açıqlayıblar. Avstriya da eyni mövqe nümayiş etdirib. Amma  ölkənin xarici işlər naziri Aleksandr Şallenberq həbs qərarını absurd adlandırıb. Fransa Xarici İşlər Nazirliyi də cavabının BCM-nin nizamnaməsinə uyğun olacağını bildirib, lakin Netanyahunu həbs edəcəyini təsdiqləməkdən imtina edib.

Böyük Britaniyanın baş naziri Keir Starmerin mətbuat katibi də ölkənin BCM-nin qərarlarına hörmət etdiyini bildirib, lakin Londonun həbs qərarlarına əməl edəcəyini təsdiqləməyib. Aİ diplomatiyasının rəhbəri Josep Borrell qeyd edib ki, bu qərar siyasi deyil, hüquqidir və bütün Aİ ölkələri buna hörmət etməli və həyata keçirməlidir. Türkiyənin xarici işlər naziri Hakan Fidan BCM-nin verdiyi həbs orderinin təskinlik adlandırıb. Əlavə edib ki, Ankara soyqırımı cəlladlarını cəzalandırmaq üçün beynəlxalq hüququn həyata keçirilməsi üçün çalışır. İordaniyanın xarici işlər naziri Ayman Safadi də BCM-in qərarlarına hörmət  və icra edilməli olduğunu deyib. Beynəlxalq Ədalət Məhkəməsində İsraili Qəzzada soyqırımda ittiham edən Cənubi Afrika Respublikası da BCM-nin qərarını alqışlayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
6
konkret.az

1Источники