RU

"Düşünmürəm ki, Gürcüstan hakimiyyəti buna getsin" - ŞƏRH EDİLDİ

"Gürcüstanda seçkilərdən sonra vəziyyət kifayət qədər gərginləşir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, Qərbin dəstəklədiyi müxalifət seçkidə məğlubiyyəti qəbul etməyərək nəticələri tanımır: "Bununla bağlı etiraz aksiyaları keçirməkdədir. Gürcüstan hakimiyyəti də seçkilərin azad və ədalətli keçirildiyini irəli sürərək öz mövqeyindən güzəşt etməyəcəyini bildirir. Qeyd edir ki, 2020-ci ildən fərqli olaraq bu dəfə müxalifətlə hansısa bazarlığa, yaxud güzəştlərə getmək fikrində deyil. Hər halda parlamentin iclası rəsmi nəticələr elan olunandan sonra keçirilməlidir. Bundan sonrakı qərarlara baxacağıq.

Təbii ki, müxalifət oturaq aksiyalar keçirməklə davamlı etiraz aksiyaları nəticəsində prosesləri sürətləndirmək və hakimiyyətdə seçkinin nəticələrini ləğv etmək, yeni seçkilərin keçirilməsini istəyir. Düşünmürəm ki, Gürcüstan hakimiyyəti buna getsin. Çünki yeni seçkilərin keçirilməsini qəbul etmək əslində məğlubiyyəti qəbul etmək mənasına gələcək. Ona görə də proseslərə əslində təsir edən amillərdən biri də Rusiya-Ukrayna savaşı və onun gedişatıdır.

Qərb hal-hazırda həm Ukraynaya uzaqmənzilli silahlarla üsyanı vurmağa icazə verməklə, eyni zamanda Gürcüstana təzyiqi artırmaqla strateji üstünlüyü ələ almağa çalışır. Bütün bu gərginliyə baxmayaraq düşünürəm ki, Gürcüstan hakimiyyəti hələlik qarşısındakı müxalifət nə qədər güclü olsa da, kifayət qədər həm dəstəyi, həm də gücü var ki, özünü və hakimiyyətini qorusun. Bu baxımdan müxalifətin etiraz aksiyalarının hansısa ciddi nəticələrə gətiriləcəyi ehtimalı çox aşağıdır".

Müəllif: Söylü Ağazadə
Избранный
13
1
sia.az

2Источники