Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əmək haqları artırıldı.
Bu barədə UNEC məlumat yayıb.
Bildirilib ki, UNEC əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə Elmi Şuranın qərarı ilə dekabr ayından universitet üzrə orta aylıq vəzifə maaşı 14 faiz artırılıb. Artım pedaqoji heyət üzrə 15%, inzibati və tədris köməkçi heyət üzrə 12 faiz olacaq.