RU

Türkiyə bu ölkədə kosmik baza quracaq

Türkiyə Somalidə neft və qaz kəşfiyyatı ilə yanaşı, kosmodrom üzərində də işlərə başlayır.

"Cebheinfo.az" xəbər verir ki, Mərkəzi İcra Heyətinin (MYK) toplantısında çıxış edən Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Somalidə kosmik baza quracağı ilə bağlı müjdə verib. Somalinin investisiya üçün viza verdiyi öyrənilərkən, layihənin dəyərinin 6 milyard dollar civarında olduğu təxmin edilir.

Türkiyənin ballistik raket proqramı uzunmənzilli sınaqlar tələb edir, ona görə də baza böyük əhəmiyyət kəsb edir.

Somalinin Afrika qitəsinin şərq ucunda yerləşməsinin Hind okeanına doğru çəkilişlər üçün ideal olduğu bilinir. 

Ölkə ekvatora yaxın yerləşdiyindən kosmodrom üçün də əlverişli hesab edilir. Ekvator yaxınlığında keçiriləcək sınaqlar da kosmik raketlərin uçuş məsafəsini və effektivliyini artırmağa kömək edəcək.

Layihə reallaşarsa, ənənəvi olaraq qlobal güclərin hakim olduğu kosmos yarışında Türkiyə "mən də varam" deyəcək.

Qazaxıstanda rusların istifadə etdiyi Baykonur kosmodromu, SPACE X  və NASA araşdırmalarının aparıldığı Floridadan sonra Somali Türkiyəyə böyük üstünlük verəcək.

Bundan əlavə, Prezident Ərdoğanın türk dənizçilərinin somalililərə balıq tutmağı öyrədəcəyi ilə bağlı məlumatı görüşdə paylaşdığı öyrənilib. 

Kifayət qədər təbii limanlara malik olmayan Somalidə balıqçılıq sənayesi digər dövlətlər tərəfindən istismar üçün istifadə olunur. 

Türkiyə qəzetində yer alan xəbərə görə, Somali bu qeydiyyatsız fəaliyyətləri ilə 300 milyon dollarlıq qazancdan məhrumdur. Türkiyə bu vəziyyətə son qoymaq üçün qollarını çırmalayıb.

Ərdoğanın "Sarıyerdəki balıqçılara dedim. Somaliyə gedəcək və onlara balıqçılıq dərsi verəcəklər" dediyi qeyd edilib.

Избранный
17
cebheinfo.az

1Источники