RU

Britaniya Netanyahu və Qalantı həbs edə bilər

Böyük Britaniyanın Leyboristlər hökuməti İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantın həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarını onlar ölkəyə gələcəkləri təqdirdə yerinə yetirməyə hazırdır.

Oxu.Az-ın "The Times"a istinadən xəbərinə görə, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Ofisinin nümayəndəsi məlumat verib.

"Hökumət öz qanuni öhdəliklərinə əməl edəcək", - deyə mənbə bildirib.

Xatırladaq ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağındakı vəziyyətlə bağlı Netanyahu və Qalantın həbsinə dair order verib.

Macarıstanın xarici işlər naziri Peter Siyarto BCM-in İsrail liderinin həbsi ilə bağlı qərarını biabırçı və absurd adlandırıb.

Bundan əvvəl isə Niderland Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əməl edəcəklərinə zəmanət verib, Fransa və Almaniya da həbsi dəstəkləyiblər.

Həmçinin, Aİ diplomatik missiyasının rəhbəri Jozep Borrell də BCM-in tələbinə əməl etməyi məcburi hesab edir.

İsrail bunun yəhudilərə nifrətdən irəli gələn siyasi qərar olduğunu bildirib. Netanyahunun Ofisi Beynəlxalq Cinayət Məhkəməsini qərəzli olmaqda ittiham edib.
Избранный
7
50
sherg.az

10Источники