RU

Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi

Ukraynanın “Yujmaş” müəssisəsinin ərazisinə “Oreşnik” orta mənzilli ballistik raketinin döyüş sınağı Rusiyanın Qərb ölkələrini Ukrayna münaqişəsində iştirakını gücləndirməkdən çəkinməyə inandırmaq cəhdi idi.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Ekonomist” jurnalı yazıb.

Nəşr qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin ötəngünkü video-müraciətinin əsas auditoriyası, görünür, münaqişəyə “yanaşmasını formalaşdıran” ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası olub:

“Beləliklə, noyabrın 19-da yeni nüvə doktrinasını dərc edən Moskva xəbərdarlıq edir ki, Kiyev və Qərbin hərbi səylərinə cavab olaraq stavkanı artıra bilər”.

Jurnal iddia edib ki, “Oreşnik”in tətbiqi raketlərdən istifadə etməklə hərbi əməliyyatların yeni dövrünün bir hissəsidir.

Избранный
23
1
axar.az

2Источники