RU

Şimali Koreyadan güc nümayişi: Ən müasir silahları sərgilədi

Şimali Koreya lideri Kim Çen In paytaxt Pxenyanda dünən başlayan “Milli Müdafiə İnkişafı-2024” yarmarkasının açılışında çıxış edib.

News24.az xəbər verir ki, çıxışında milli müdafiə sənayesinin əhəmiyyətini vurğulayan Kim, "Düşmən qüvvələrinin görünməmiş sanksiyaları və blokadaları milli və müstəqil müdafiə sənayemizi gücləndirməyin zəruri olduğunu ortaya qoyur" deyib.

Dünya müharibələrindən bu yana ən “xaotik” və “şiddətli” dövrünü yaşadıqlarını ifadə edən Kim, “ABŞ-ın dünyanı öz maraqlarına uyğun idarə etmək kimi vicdansız taktikası, səbəb olduğu bütün ziddiyyətlər, kritik partlayış nöqtəsi və fəlakətə çevrildi" dedi.

Şimali Koreya lideri həmçinin vurğulayıb ki, ABŞ Şimali Koreyanın gücünü yatırmaq və ona bağlı ölkələr üzərində nəzarəti saxlamaq üçün nüvə hərbi ittifaqları inkişaf etdirir.

Beləliklə, “Milli Müdafiənin İnkişafı-2024” sərgisində ölkənin ən son texnologiyalı müdafiə təyinatlı məmulatlarının, o cümlədən strateji və taktiki silahların nümayiş olunduğu açıqlanıb.

Şimali Koreya hökumətinin dərc etdiyi fotolarda qitələrarası ballistik və hipersəs raketləri ilə yanaşı, pilotsuz uçuş aparatları, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və tankların olduğu görülüb.

Həmin fotoları təqdim edirik:

Günel Məlikzadə


Избранный
23
news24.az

1Источники