RU

Qazaxın işğaldan azad edilən kəndlərinin sərhədinə belə nəzarət olunur – FOTO

Azərbaycan-Ermənistan şərti sərhəddində yerləşən, uzun müddət Ermənistan işğalı altında qalmış Qazax rayonunun 4 kəndində minə yaxın müşahidə-nəzarət kameraları quraşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Qazax" əlahiddə sərhəd diviziyasına səfər edən jurnalistlərə diviziya komandiri, general-mayor Misir Əliyev məlumat verib.
 

Qazaxın işğaldan azad edilmiş Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrımlı kəndlərində quraşdırılan müşahidə-nəzarət kameraları Ermənistanla şərti sərhəddin böyük hissəsi və Gürcüstan respublikası ilə sərhəddin bir hissəsinə nəzarət edir.


Uzaqdan idarə olunan kameralar əməliyyat şəraitinə tam nəzarət edilməsinə böyük dəstək verir”, - deyə general bildirib. 




Bizim.Media

Избранный
9
8
bizim.media

10Источники