RU

Prezident seçkilərində məğlub olan vitse-prezident Kamala Harris Havaya gedib

ABŞ prezident seçkilərində məğlub olduqdan sonra vitse-prezident Kamala Harris ailəsi ilə birlikdə Havayda istirahət edir, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Demokratların nümayəndəsi Kamala Harris 226, onun rəqibi respublikaçı Donald Tramp isə 312 səs toplayıb.

“Vitse-prezident ailəsi ilə vaxt keçirmək üçün işdən ara verdi. Düşünmürəm ki, bunda pis bir şey var. Düşünürəm ki, o, ailəsi ilə və istirahət etməyə layiqdir, o, son dörd il ərzində çox çalışıb”, - mətbuat katibi brifinq zamanı deyib.

Seçkiləri uduzduqdan sonra Harris, Vaşinqtonda tərəfdarları qarşısında çıxış edib. O, Donald Trampı qələbəsi münasibətilə təbrik edərək hakimiyyətin sülh yolu ilə ötürüləcəyinə söz verib.

Oxuməni.az

Избранный
29
oxumeni.az

1Источники