RU

Kəmalənin əlinə pulu kim verir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kubra Məhərrəmova yazır...
Üzü görünməyən adamların bu qəbildən olan kəslərə pul verməsi həmişə olub, olacaq. Amma gizli olub, görünməyiblər.
Bu gün isə bununla hər iki tərəf fəxr edir. Baxanlar da, rəqs edənlər də fəxarət hissi duyurlar. Cəmiyyətdə allergiya yaranıb sanki. Savadlı, əxlaqlı, vicdanlı adamı görməyə gözü yoxdur. Ağıllı adam görən kimi, onu boğmağa çalışırlar.
Müxtəlif proqramlar vasitəsilə yığılmış səs və ritmlə mahnı ifa edənləri yuxarı başa keçirib, onlara sənətkar deyirik, "sənətkar"ımız da xəstəxana mühafizəçisinə balta atır...
Hər gün adam daha çox ruhdan düşür, usanır, bezir. Baş götürüb uzaqlara, heç kimin olmadığı kimsəsiz bir adaya, başqa bir planetə qaçmaq istəyirsən.
Dünənə kimi "üzdən iraq" deyənlər bu gün onları qəhrəman edirlər. Onlarla şəkil çəkdirir, təqdimat mərasiminə, qonaqlıqlara, öz məclislərinə dəvət edirlər. Cibinə pul basır, altına maşın alıb qoyurlar. "Baboş"lara bahalı avtomobil hədiyyə edirlər, onu qazı övladına pul yığdığı üçün qəhrəman elan edirlər.
Bu illər ərzində ömrünü şagirdlərinin inkişafına həsr edən müəllimə, uzaq kəndlərin birində ömrünü kənd camaatının sağlamlığına həsr edən həkimə bir iş adamı, varlı adam heç olmasa, köhnə "jiquli" bağışladımı? Yox!
Amma "bu qara qıza zəng elə" deyən Kəmalə xanımın əlinə bir neçə saniyəyə 2110 manat pul verirlər. Söhbət Kəmalədən, Niqulyadan, hər hansı fərddən getmir. Məsələ ümumidir, yoldaşlar!
Balaca qızlar "patsan" kimi rəqs edirlər, bütün toyxana da alqış edir, şabaş tökür başından. Bir başqası da ona baxır, eyni şeyi təkrar edir. Və budur getdi zəncirvarı reaksiya. Nüvə silahı kimi məhv elədi. Hamını, hər kəsi...
Bir zamanlar Müslüm Maqomayev ilə, Rəşid Behbudov ilə fəxr edən cəmiyyət indi bataqlığın dibindədir.
Bütün sosial şəbəkələrdə meydan sulayanlar gədə-güdələr, mənşəyi məlum olmayan "bloqerlər", mahnı deyənlərdir. Mahnı oxuyan yox, məhz deyənlər.
Bizim insanımızın əksəriyyəti üçün oxumaq, elmli olmaq, araşdırmaq maraqlı deyil. O çox bəsit şeylərlə rahatlıq tapır.
İnanın ki, savadı, dünyagörüşü olan adamın musiqi zövqü də, savadlı cəmiyyətin istehsal etdiyi musiqi də tam başqadır.
Üç-beş nəfər sənətçini, müğənnini çıxmaq şərtilə qalanları bayağıdır və musiqidən, sənətdən anlayışı olmayanlardır.
Bu sobaya isə odunu kütlə atır. İnsanımız onları yaşadır, varlı-hallı edir. Sonra bu adamlar çıxıb deyirlər ki, "dövlət mənə qiymət versin, ömrümü xalqa xidmət etməklə keçirtmişəm".
Bir kütlə ki, ölüsünü "hörmətli" göstərmək üçün məclisə üç molla, beş ağıdeyən çağırırsa, demək onların "fatihəsi" çoxdan verilib.
Yenə də qayıdıram COP29 çərçivəsində Bakı bulvarındakı "balina"ya. İç üzümüzü qoydu ortaya. Bir daha anladıq ki, bizim nəinki okeana çıxışımız, heç dünyaya çıxışımız da yoxdur. Bataqlığın lap dibindəyik!
Uzaqdan isə "çini çaydan"ın sədası gəlir...
Избранный
2987
50
oxu.az

10Источники