RU

Hökumətdən yeni qərar: Riskli vergi ödəyiciləri üçün nə dəyişdi? – MÜSAHİBƏ, MÜQAYİSƏ 

Hüseyn İsmayılov – Vəkillər Kollegiyasının üzvü, biznes məsləhətçidir. O, hüquq və biznes sahələri üzrə ixtisaslaşmış, xüsusilə sığorta hüququ, qiymətli kağızların tənzimlənməsi, risk idarəetməsi, uyğunluq (compliance), LegalTech, korporativ və maliyyə hüququ sahələrində mütəxəssisdir. Hüquq üzrə bakalavr, beynəlxalq hüquq magistri (LLM) və MBA təhsilinə əlavə olaraq, 10 ildən artıq peşəkar təcrübəyə sahibdir. O, həmçinin risklərin təhlili və idarə edilməsi sahəsində ixtisaslaşıb, hüquqi texnologiyalardan istifadə edərək biznes subyektlərinə prosesləri optimallaşdırmağa, effektivliyi artırmağa və mümkün riskləri minimuma endirməyə kömək edir.

FED.az-a müsahibəsində ekspert son dörd ildə biznes sahəsində müzakirələrə səbəb olan Nazirlər Kabinetinin “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” ilə bağlı qəbul edilmiş Qərarına 21 noyabr 2024-cü il tarixdə edilmiş dəyişiklərlə bağlı sualları cavablandırıb.

- Hüseyn müəllim, biznes sahəsində fəaliyyət göstərən məsləhətçi kimi 2020-ci ildə qəbul edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” ilə əlaqədar hansı problemlər mövcud idi?

Meyarların qəbul edilməsi ilə həmin vaxtı biznes subyektləri arasında bir sıra müzakirələrin yaranmasına səbəb olmuşdu. Çünki həmin meyarlarda vergi ödəyicilərinin riskli kateqoriyasına daxil edilməsi üçün tələb olunan şərtlər çox ümumi idi. Necə deyərlər yozuma açıq idi. Buna görə də konkret hallar üzrə vergi orqanı nəyə əsasən subyekti riskli hesab edəcək məsələsi tam da aydın deyildi. Üstəlik, riskli ödəyici statusundan çıxmağın qaydaları da müəyyən edilməmişdi. Bu da vergi subyektinin hər bir halda məhkəməyə müraciət etməsinə səbəb olurdu. Üstəlik bəzi hallarda mən deyə bilərəm ki, vergi ödəyiciləri başqa adla yeni vöen almaqla fəaliyyət göstərməyə məcbur olurdu. Çünki aparılmış əməliyyat vergi orqanı nəzərində riskli idisə o həmin siyahıdan praktiki olaraq çıxa bilmirdi.

- Yeni meyarların qəbul edilməsi ilə nə dəyişdi? Əsas fərqlər nələrdir?

İlk öncə sənədin adı dəyişərək mətnindəki dəyişiklikləri də özündə əks etdirdi. Sənədin yeni adı “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” olaraq dəyişdirilib. Bununla artıq dəyişikliklərin nələrdən ibarət olduğunu qismən müəyyən etmək olar.

Yeni sənədlə vergi ödəyicilərinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və oradan çıxarılması qaydaları daha detallı şəkildə əlavə olunub. Xüsusilə bildirişlər, əlavə izahatlar və sübutların təqdim edilməsi prosedurları təsvir olunub. Vergi ödəyicisinin təqdim etdiyi əlavə məlumat və sənədlər əsasında riskli statusdan çıxarılması proseduru daha detallı izah olunub.

Riskli vergi ödəyicisi sayılması üçün tələb olunan bir sıra obyektiv olmayan, ya da obyektivliyinin müəyyən edilməsi çətin olan meyarların bir qismi ümumilikdə sənəddən çıxarılıb.

Bundan əlavə yeni 4-cü hissə əlavə olunub ki, burada riskli vergi ödəyicisi siyahısına daxil olma və siyahıdan çıxarılma prosedurları təsvir edilib. Riskli vergi ödəyicisi siyahısına düşmə o zaman baş verir ki, vergi orqanı vergi ödəyicisinin əməliyyatlarını riskli hesab etdikdə, həmin əməliyyatdan sonra 15 gün müddətində riskli hesab olunmuş əməliyyatlara dair şəxsə elektron üsulla xəbərdalıq göndərir. Vergi ödəyicisi həmin əməliyyatlara dair izahat, sənəd və ya əməliyyatın həqiqiliyini təsdiq edən məlumatları 5 iş günü ərzində vergi orqanına təqdim etməlidir. Qeyd edilən müddətdə tələb olunan məlumatlar təqdim edilmədikdə və ya problemlər aradan qaldırılmadıqda, vergi ödəyicisinin riskli statusu təsdiq olunur və 1 iş günü ərzində qərar qəbul edilir.

Siyahıdan çıxarılma üçün isə vergi ödəyicisi əməliyyatlarının həqiqiliyini sübut edən sənədlərlə birlikdə ərizə ilə vergi orqanına müraciət edir. Ərizə təqdim olunduqdan sonra 20 iş günü ərzində qərar qəbul olunur. İki halda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir. Bunlardan biri təqdim olunmuş izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə, digər isə aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə. Yəni əvvəl bu qayda yox idisə, indi maliyyə sanksiyasının ödənilməsi ilə də həmin siyahıdan çıxmaq mümkün olmuşdur.

Siyahıdan çıxarılma ilə əlaqədar vergi ödəyicisinin ərizəsinə baxılma müddəti 20 iş günüdür. Əgər maliyyə sanksiyası tam ödənilərsə, bu proses 3 iş gününə endirilir.

- Bəs yeni sənədin biznesə hüquqi təsriləri nə ola bilər?

Yeni sənədin biznesə və ümumilikdə hüquqi təsirləri genişdir və bir neçə istiqamətdə özünü göstərir. Əvvəla yeni sənədin qəbul ilə bu münasibətlərin tənzimlənməsində hüquqi müəyyənlik artırılıb. Əvvəlki sənəddə riskli vergi ödəyicisi sayılma və ya bu statusdan çıxarılma prosedurları detallı şəkildə izah edilməmişdi. Bu, hüquqi qeyri-müəyyənliyə səbəb olurdu. Düzəlişlərdən sonra prosedurlar konkretləşdirilib. Bu, həm vergi ödəyicilərinə, həm də vergi orqanlarına riskli statusun müəyyənləşdirilməsi və aradan qaldırılması prosesində daha şəffaf və hüquqi əsaslı yanaşma yaradır.

Hüquqi müdafiə imkanları genişləndirilmişdir - Əvvəlki sənəddə riskli vergi ödəyicisi statusuna qarşı hüquqi müdafiə imkanları məhdud idi. Düzəlişlərdən sonra elektron kabinet vasitəsilə xəbərdarlıq və bildirişlər, bundan sonra izahat və sənəd təqdim etmək imkanları yaradılıb. Riskli siyahıya daxil edilməyə qarşı ərizə verərək çıxarılma prosedurları təmin edilib. Vergi orqanının qərarlarına qarşı inzibati və məhkəmə qaydasında şikayət verilməsi açıq şəkildə təsvir olunub.

Sanksiyaların şəffaflığı və hüquqi ədalət - Əvvəlki sənəddə əmtəəsiz əməliyyatlara görə tətbiq edilən sanksiyaların səbəbləri bəzən aydın olmaya bilirdi. Düzəlişlərdən sonra sanksiyaların tətbiq edilməsi yalnız tələb olunan məlumat və sənədlərin təqdim edilməməsi, yaxud əməliyyatların həqiqiliyini sübut edən sübutların çatışmazlığı ilə mümkündür. Əgər əməliyyatlar riskli hesab edilməzsə və ya sanksiya ödənilərsə, riskli vergi ödəyicisi siyahıdan çıxarılır. Vergi ödəyicilərinin əlavə dəyər vergisi (ƏDV) ilə bağlı depozitlərdən və əməliyyatlarından istifadəsi daha şəffaf hala gətirilir. Maliyyə sanksiyalarının qanunvericiliyə uyğun tətbiqi təmin olunur.

Vergi sisteminə etimadın artırılması - Əvvəlki sənəddə vergi orqanlarının mütəxəssis və ya ekspert rəyindən istifadə imkanı mövcud deyildisə düzəlişlərdən sonra vergi orqanlarına əməliyyatların təhlili və qərar qəbul etmə prosesində ekspertlərin rəyi və mütəxəssis qiymətləndirmələri əsasında hərəkət etmə imkanı verilib. Belə olduqda Vergi orqanlarının qərarları daha əsaslı və hüquqi baxımdan güclü olur. Riskli əməliyyatların aşkarlanmasında daha obyektiv nəticələr əldə edilir. Düzəlişlər riskli əməliyyatlar və vergi ödəyiciləri ilə bağlı daha şəffaf yanaşma təmin edir. Bu, ümumilikdə vergi sisteminə olan ictimai etimadı artırır, çünki həm vergi ödəyicilərinin hüquqları qorunur, həm də dövlətin maraqları balanslı şəkildə təmin edilir.

- Məlumdur ki, yeni sənədin bir sıra iqtisadi təsriləri də olacaq. Bu barədə nə düşünürsünüz?

Riskli əməliyyatlarla bağlı dəyişikliklərin iqtisadi təsirləri həm vergi ödəyiciləri, həm də ümumi iqtisadi mühit üçün mühüm əhəmiyyət kəsb edəcək. Bu təsirləri də bir neçə əsas istiqamətdə qruplaşdırmaq olar:

Əməliyyat risklərinin azaldılması - Riskli əməliyyatların meyarlarının ləğvi və yeni prosedurların tətbiqi, müəssisələrin vergi qanunvericiliyinə uyğun fəaliyyət göstərməsini təşviq edir. Belə ki, sahibkarlar riskli əməliyyatların qarşısını almaq üçün öz biznes fəaliyyətlərini daha diqqətlə planlaşdırır, bu da ümumi iqtisadi mühitin sabitliyini təmin edir.

Vergi yığımlarının artması - Düzəlişlər vergi nəzarətini və əməliyyatların qanuniliyini artırır. Bu, qanunsuz əməliyyatların qarşısını alaraq dövlət büdcəsinə daxilolmaların artmasına səbəb olur.  Büdcənin güclənməsi dövlət investisiyalarını artırmağa və iqtisadi inkişafa töhfə verməyə imkan yaradır.

Maliyyə sanksiyalarının daha effektiv tətbiqi - Maliyyə sanksiyalarının ödənilməsi riskli statusdan çıxarılmaq üçün əsas şərt kimi göstərilib. Bu, sanksiya ödəmələrinin daha nizamlı şəkildə həyata keçirilməsini təmin edir. Dövlət sanksiyalardan daha sabit maliyyə daxilolmaları əldə edir, bu da fiskal siyasətin effektivliyini artırır.

Sahibkarlıq fəaliyyətinə təsir - Riskli statusun müəyyənləşdirilməsi və ləğv edilməsi prosedurlarının aydınlaşdırılması, sahibkarların planlaşdırma və qərarvermə proseslərini yaxşılaşdırır. Sahibkarlar öz fəaliyyətlərini riskli əməliyyatlara səbəb olacaq addımlardan daha yaxşı qoruyur, bu da iqtisadiyyatın qeyri-formal sektorunun azalmasına səbəb ola bilər.

Dövlət-vergi ödəyicisi münasibətləri - Riskli əməliyyatların aradan qaldırılması və vergi ödəyicilərinin siyahıdan çıxarılması prosedurlarının müəyyən edilməsi dövlət ilə sahibkarlar arasında daha sağlam münasibətlərin qurulmasına kömək edir. Dövlət və biznes sektoru arasında qarşılıqlı anlaşma və əməkdaşlıq artır.

Nəticə etibarilə bu düzəlişlər uzunmüddətli perspektivdə iqtisadi sabitliyi gücləndirəcək və vergi mühitini daha şəffaf və qanunauyğun hala gətirəcək. Sahibkarların əməliyyat planlamasında hüquqi risklər azalacaq, dövlət büdcəsinə daxilolmalar artırılacaq və iqtisadi inkişaf təşviq olunacaq.

- Maraqlı müsahibəyə görə çox sağ olun.

Siz sağ olun, dəvətinizə görə təşəkkür edirəm.

Qərarın təhlili və müqayisəli cədvəli

Mövzu

Əsas Mövzular

(Əvvəlki sənəd)

Əsas Mövzular

(Yeni sənəd)

Ad dəyişiklikləri

“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”

“Vergi ödəyicisinin risk meyarları və riskli siyahıya daxil edilməsi, çıxarılması Qaydası”

Yeni Tənzimləmələr

Meyarlar və riskli əməliyyatın tərifi ümumidir.

Daha konkret tənzimləmələr və yeni prosedurlar əlavə edilib.

Riskli vergi ödəyicilərinin siyahıya daxil edilməsi

Sadə təsvir: meyarlara cavab verən şəxslər riskli hesab olunur.

Əməliyyatlardan 15 iş günü ərzində bildirişlər və izahatlar tələb olunur. İzhaat və tələblər əsasında qərar qəbul edilir.

Riskli vergi ödəyicilərinin siyahıdan çıxarılması

Mövcud deyildi.

Detallı prosedur: ərizə əsasında və ekspert rəyinə görə qərar.

Maddələrin ləğv edilməsi və əlavələr

2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi

ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu

kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə;

2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı

olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə

tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3

dəfə artıq olduqda;

2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra

orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs;

2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra

orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs;

2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu

hüquqi şəxslər.

3. Riskli əməliyyatların meyarları

3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur:

3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli

mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar

edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi

ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu

kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə;

2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı

olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə

tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3

dəfə artıq olduqda;

2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra

orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs;

2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra

orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs;

2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu

hüquqi şəxslər.

3. Riskli əməliyyatların meyarları

3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur:

3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli

mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar

edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

 

4. Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydası və şərtləri

4.1. Bu Sənədin 2.1-ci bəndində nəzərdə tutulan meyarlardan ən azı birinə cavab verən əməliyyat üzrə vergi ödəyicisinə, habelə müvafiq əməliyyat üzrə həmin şəxsin təqdim etdiyi elektron qaimə-faktura üzrə malların (iş və xidmətlərin) alıcısına əməliyyatın aparıldığı (elektron qaimə-fakturanın təsdiq edildiyi) tarixdən 15 iş günü ərzində aparılmış əməliyyatın riskli olması barədə bildiriş-xəbərdarlıq göndərilir. Bildiriş-xəbərdarlıq elektron üsulla həmin şəxslərin elektron kabinetinə göndərilir. Bildiriş-xəbərdarlıqda əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilməsi, əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlərin təqdim edilməsi tələb olunur.

4.2. Bildiriş-xəbərdarlıq göndərildikdən sonra 5 (beş) iş günü ərzində qeyd olunan hallar bütövlükdə aradan qaldırılmadıqda, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-faktura ləğv edilmədikdə, habelə tələb olunan əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər təqdim edilmədikdə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilərək 1 (bir) iş günü ərzində elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir və əmtəəsiz əməliyyatla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar həmin qərarın qəbul edilməsinə əsas olan əməliyyatın aparıldığı tarixdən qüvvəyə minir.

4.3. Bu Sənədin 2.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicisinin mövcud resurslarının müvafiq işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün yetərli olmaması halı üzrə vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi bu Sənədin 4.1-ci bəndi ilə müəyyən edilmiş müddətdə vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən cəlb edilmiş mütəxəssisin yazılı şəkildə bildirdiyi fikri və ya ekspertin rəyi əsasında həyata keçirilir.

4.4. Aparılmış əməliyyat üzrə barəsində riskli vergi ödəyicisi elan edilməsi ilə bağlı qərar qəbul edilmiş vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması bu Sənədin 4.5-ci bəndində nəzərdə tutulan tələblər nəzərə alınmaqla, vergi ödəyicisinin elektron qaydada təqdim etdiyi ərizəsi əsasında həyata keçirilir. Vergi ödəyicisinin ərizəsinə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması ilə bağlı və ya əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər əlavə edilir.

Digər dövlət orqanından (qurumundan) daxil olan məlumata və ya vergi nəzarəti tədbirinin nəticəsinə əsasən riskli vergi ödəyicisi elan edilməsi ilə bağlı qərar qəbul edilmiş vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vergi orqanının təşəbbüsü ilə həyata keçirilə bilər.

4.5. Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir:

4.5.1. vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə;

4.5.2. aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə.

4.6. Bu Sənədin 4.7-ci bəndi nəzərə alınmaqla, bu Sənədin 4.4-cü bəndində nəzərdə tutulan ərizə daxil olduğu tarixdən etibarən 20 iş günü müddətində vergi orqanı tərəfindən baxılaraq vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması və ya bundan imtina olunması barədə qərar qəbul edilir və 1 (bir) iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir.

Bildiriş və sübutlar

Bildirişlər və sənədlərin təqdimatı barədə məlumat yoxdur.

Elektron kabinet vasitəsilə bildirişlər və tələb olunan sənədlər təqdim edilməsi qaydaları təsvir olunub.

 

 

Избранный
5
11
fed.az

10Источники