RU

Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - Yeni təklif

"Mən onun tərəfdarıyam ki, 3 uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin. Belə olarsa, 3 uşaqdan yuxarı olan ailələr uşaq pulu ala bilər. Bununla bağlı təkliflər var. Həmin təkliflər hazırda müzakirə olunur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib. 

Deputat 2025-ci ilin dövlət büdcəsinin 41% sosial sahəyə yönəldildiyini vurğulayıb:

"21 müavinət növü var, onun 13-ü uşaqlarla bağlıdır. Əslində, elə onlar uşaq puludur. Məsələn, əlillik, valideynini itirən, valideyni əsgərlikdə olanlar və s. Biz istəyirik bu katiqoriyadan olan müavinətlər də artırılsın". 
 


Deputat müharibə veteranların təqaüdlərinin 200-300-500 maata qaldırılması ilə bağlı təkliflərin verildiyini xatırladıb:

"Hazırda onlar 80 manat təqaüd var. Biz istəyirik ki, bu təqaüd artırılsın, 200-300-500 manat olsun".

Deputat 2025-ci ilin dövlət büdcəsində ünvanlı sosial yardımlar, pensiya və müavinətlər, minimum əmək haqqının da artırılmasının nəzərdə tutulduğunu qeyd edib. 

Bahar Rüstəmli

Избранный
3
3
qaynarinfo.az

5Источники