RU

Avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzası azaldıldı

Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Camal Camalovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Avtosfer.az pravda.az-a istinadən xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı altı il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib.

Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilib və Camal Camalovun cəzası üç ilə endirilib.

İttihama görə, hadisə ötən il Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən SPA mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, sərxoş vəziyyətdə olan Camal Camalov "Chrysler" mаrkаlı аvtоmоbilini keyfiyyətsiz təmir etdiyinə görə zərərçəkmiş usta Dadaş Bəkirova (şərti) zəng edib, telefonda kobud formada iradını bildirib. Bu zaman onların arasında mübahisə yaranıb, bir-birini söyüb, təhqir ediblər. Sonra o, yaranmış mübahisəni həll etmək üçün avtomobili ilə Dadaşın olduğu SPA mərkəzinin qarşısına gəlib. Camal maşında gəzdirdiyi taxta parçası ilə zərərçəkmişin sağ böyrünə bir dəfə vurub. Eyni zamanda, o, həmin taxta parçası ilə Dadaşın yanında olan şəxsin bel nahiyəsinə iki dəfə vurub.

Hadisədən sonra Camal Camalov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

Избранный
18
3
avtosfer.az

8Источники