RU

III Dünya Müharibəsi an məsələsidir, hazır olmalıyıq” – Hulusi Akardan şok xəbərdarlıq

“III Dünya Müharibəsi an məsələsidir. Biz buna hazır olmalıyıq”.

Bunu Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sədri və keçmiş müdafiə naziri Hulusi Akar Türkiyənin və dünyanın gündəmi ilə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Qoy ABŞ və Çin savaşsın. Bəs avtomobil, kompüter, elektronika, kimya sənayesinə nə olacaq? Ticarət necə oalcaq? Banklar nə edəcək? Bəs maliyyə? Burada çoxlu nüanslar var. İsrail bizim üçün təhlükədir, ya yox? Təhlükədir. Həm də böyük təhlükə. 85 milyon türk dövlətinin həyatını şansa buraxardınızmı? Onun silahı varmı? Var. Onun sursatı varmı? Var. Məsafə var? var. Hazır olmalıyıq. “Bizim Suriyada nə işimiz var?” deyirlər. Adam 10 min kilometrdən gəlib, onun nə işi var? Avropadan 3 min kilometr uzaqdan gələnlərin orada nə edirlər? Deyirsən ki, niyə gəlmisən? “Bunlar bizim üçün, gələcəyimiz üçün təhlükədir” deyirlər. Bizim düz burnumuzun ucunda onlara təhlükə olan şeylər bizim üçün də təhlükə deyilmi?”,- deyə Akar qeyd edib.

H. Akar qeyd edib ki, türk əsgəri üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək:“Mehmetçiyin nəfəsi terrorçuların ənsəsindədir. Zaman və məkan nə olursa olsun, şəraitdən asılı olmayaraq, lazım olan işlər görülür və görüləcək. Arzumuz vətəndaşlarımızı bu terror bəlasından xilas etməkdir. Bizim İraq və Suriyanın ərazi bütövlüyünə qarşı heç bir mənfi münasibətimiz yoxdur. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək. Başqa həll yolu görə bilmirik. Təhlükəsizliyimizi və müdafiəmizi kiminsə qərarına buraxmaqdan söhbət gedə bilməz”.

Избранный
20
2
moderator.az

3Источники